Azərbaycana şəkər idxalı kəskin azaldı

Bu ilin yanvar-mart ayları ərzində Azərbaycan 7 mln. 885,61 min ABŞ dolları dəyərində 17 448,51 ton  şəkər idxal edib.

Foodinfo.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin xarici ticarətin gömrük statistikasının aylıq hesabatına görə, bu, həcm baxımından 2017-ci ilin üç ilə müqayisədə 64 180,07 ton və ya 4,68 dəfə azdır. Məbləğ baxımından isə illik nisbətdə 29 mln. 694,38 min dollar və ya 4,77 dəfə azdır.

Qeyd edək ki, 2017-ci ilin yanvar-mart aylarında Azərbaycana xarici ölkələrdən 37 mln. 579,99 min dollar dəyərində 81 628,58 ton şəkər idxal edilmişdi.  2018-ci ilin yanvar-mart aylarında şəkər idxalı Azərbaycanın ümumi idxalının 0,36%-ni təşkil edib.