Qida məhsullarında gizlədilmiş donuz geni

Qazaxıstan Respublikası Səhiyyə Nazirliyinin İctimai Sağlamlığın Qorunması Komitəsinin laboratoriyaları tərəfindən tədqiq olunan qida məhsullarının təxminən 20% -ində  etiketlənmədə göstərilməyən donuz DNT-i tapıldı.

Bu haqda ölkənin baş dövlət sanitar həkimi Jandarbek Bekşin muftyat.kz saytına məlumat verib.

“2018-ci ilin iki ayı ərzində heyvan toxumalarının müəyyənləşdirilməsi üçün 147 qida nümunəsi müayinədən keçirilmiş və 757 araşdırma aparılmışdır. 27 (və ya 19%) nümunədə donuz DNT-si aşkar edilib ki, bu da məhsulun etiketində göstərilməyib”-deyə baş sanitar həkim bildirib.

J.Bekshin  laboratoriyaların yalnız donuz, iribuynuzlu mal-qara, toyuq və atların deyil, həmçinin it, pişik, öküz, keçi, quzu kimi heyvanların da toxumalarının DNT-ni müəyyənləşdirmək üçün test sisteminə malik olduğunu əlavə edib.

Komitədə qida məhsullarının təhlükəsizliyinə nəzarətin onların satışı ərəfəsində  məhsul nümunəsi alınması yolu ilə həyata keçirildiyi izah edilib.  (Moderator.az)