“Mado”nun bağlanmasına rəsmi reaksiya

“Mado” restoranlar şəbəkəsinin paytaxtın Nizami küçəsində yerləşən restoranı bağlanıb. Restoran sonuncu dəfə aprelin 9-da fəaliyyət göstərib.

Bu barədə məlumatı “İnterpress.az” saytı məlumat yayıb.

Məsələ ilə əlaqədar Foodinfo.az “Mado” restoranlar şəbəkəsi ilə əlaqə saxlayıb bunun səbəbini öyrənib.  Restoranlar şəbəkəsi faktı təsdiq edərək bildirib ki, buna səbəb təmir işləridir: “Hazırda Fəvvarələr meydanında yerləşən “Mado” restoranında təmir işləri aparılır. Təmir işləri bitdikdən sonra “Mado”  yenidən müştərilərin üzünə qapısını açacaq. İşlərin nə vaxt bitəcəyi isə dəqiq məlum deyil”

Qeyd edək ki, “Mado” restoranlar şəbəkəsi dünyanın bir çox ölkələrində fəaliyyət göstərir.