Marixuana yeyən qoyunlar kəndi bir-birinə qatdı

İngiltərədəki Raydipendi kəndində marixuana yeyən qoyunlar kəndi bir-birinə qatıblar. Kəndin icra nümayəndəsi Riçard hadisəni belə təsvir edib:
“Qoyunlar küçələrdə qaçışır, bağçalara girirdi. Hətta biri evə girərək pis vəziyyətə salıblar”.

Qoyunların yaxınlıqda yerləşən və vaxtilə qeyri-qanuni fəaliyyət göstərmiş fabrikə aid marixuana qalıqlarını yedikləri təxmin edilir. Bu hadisədən sonra polisə müraciət edilib və qalıqların yox edilməsi tələb olunub. (Qaynarİnfo)