2 ayda ixrac olunmuş pomidorun dəyəri açıqlandı

2018-ci ilin 2 ayı (Yanvar-Fevral) ərzində Azərbaycandan xaricə 14.7 milyon dollarlıq pomidor ixrac edilib. 

“İxrac İcmalı”nın mart ayı üçün hesabatına görə, pomidor Azərbaycanın ən çox ixrac etdiyi 6-cı qeyri-neft sektoru məhsulu olub.

2017-ci il ərzində ixrac olunan qeyri-neft sektoru məhsulları arasında pomidor birinci yeri tutmuşdu (151.6 milyon ABŞ dolları).  (Marja.az)