Gübrədən içməli su əldə edildi

ABŞ alimləri gübrəni içməli suya çevirməyi bacardı.

Miçiqan Universitetinin araşdırmaçıları biyoqaz istehsalındakına bənzər bir sistemlə gübrədəki suyu içməli suya çevirdi və beləcə gübrənin ətrafa olan zərərli təsirinin azaldılması mövzusunda bir addım daha atmış oldu.

Eelm adamlarından Stiv Safferman, gübrənin təxminən 90%-nin sudan, 10%-nin çox sayda qida, karbon və xəstəliyə gətirib çıxaran maddələrdən meydana gəldiyini ifadə etdi. Safferman yaradılan üsulla gübrənin ehtiva etdiyi sudan təhlil edilərək heyvanlar tərəfindən içilə biləcək qədər təmiz bir su əldə edildiyini vurğuladı.

Sistem sayəsində 378 litr gübrədən 190 litr su əldə edilir. Gübrədən su əldə edilməsi qənaətlə yanaşı kainatın qorunmasını təmin edir.

BM Qida və Əkinçilik təşkilatının 2006-cı nümayiş etdiyi bir hesabata görə, orqanik bir çirkləndirici olan gübrə, istixana təsirinə gətirib çıxaran ən əhəmiyyətli 4 qaz olan azot hemioksid buraxılmasının 65%-nin məhsuldur.

Sistemin ilin sonunda bir şirkət tərəfindən bazara təqdim edilməsi gözlənilir. (Deyerler.org)