Tez-tez sosiska yeyənlərin nəzərinə

Yeni bir araşdırmaya görə həftədə tez-tez işlənmiş ət yemək döş xərçəngi riskini çoxaldır.

260 mindən çox qadın üzərində aparılan araşdırma nəticəsində, həftədə 2 sosisə bərabər işlənmiş ət istifadəçilərinin döş xərçənginə tutulma riskində 50 faiz artım olub. Araşdırma nəticələrinə görə artıq qırmızı ət yemək döş xərçənginə heç bir şəkildə təkan vermir.

İngiltərənin Qlazqo Universiteti Sağlamlıq və Rifah İnstitunda aparılan araşdırmanın təfərrüatları haqqında danışan qadın xəstəlikləri və doğuş mütəxəssisi Dr. Betül Görgen “Dünya Səhiyyə Təşkilatı (WHO) 2015-ci ildə işlənmiş ətlərin kolorektal xərçəng riskini artırdığını təsdiq edib. Qırmızı ətin tərkibində isə kanserogen vardır. Bu nəticələr aparılan 800-dən çox araşdırmaya əsaslanaraq ortaya qoyulub” deyib. (Metbuat.az)