Mal ətinin qiymətində dəyişiklik var?

Kənd Təsərrüfatı Nazirliyinin Kənd Təsərrüfatı Məhsullarının Qiymət Məlumat Bazası aprel ayı üçün mal ətinin qiymətlərini açıqlayıb.

Təqdim edilən qrafikə əsasən, 8 km bazarında sümüksüz cavan qaramal ətinin 1 kq-ı 14 manata satılır. Hazırda bazarda sümüklü cavan qaramal ətinin 1 kq-ı 11 manat 50 qəpiyə, yaşlı sümüksüz mal əti 9 manata, yaşlı sümüklü mal əti isə, 7 manat 50 təklif edilir. (aqrarbazar.az)