Bu saqqız immuniteti gücləndirir

İmmuniteti gücləndirən və antibakterial, göbələk və virus əleyhinə təsirə malik propolisli saqqız hazırlandı.

Ppropolisin arılar tərəfindən yaradıldığına toxunan və çox az miqdarda olduğunu ifadə edən layihənin rəhbəri Qida Mühəndisi İbrahim Palabıyık dedi:

“Propolis, arıların ağac və bitkilərindən hazırladığı bal şamı, polen, öz ifrazatları və az miqdarda balla qarışdırıb çıxardığı xüsusi bir məhsuldur. Propolisə başqa sözlə arıların istifadə etdiyi təbii antibiotik deyə bilərik. Bununla arılar şanıların içini dezinfeksiya edirlər. Propolisin 300-ə yaxın fərqli komponentə sahib olduğu müəyyən edilmişdir. Bunlar arasında ən əhəmiyyətli qrupu flavonoid dediyimiz antioksidant maddələr meydana gətirir. Bu komponentlər sayəsində propolis immuniteti gücləndirici və antibakterial, göbələk və virus əleyhinə təsirə malikdir”.

Saqqızın qısaca xüsusiyyətlərinə toxunan dr. İbrahim belə danışdı: “Propolisi xarici maddələrdən uzaqlaşdırıb saflaşdıraraq qatranıyla birlikdə 5%-ə çatan nisbətlərdə saqqız məhsulunda qiymətləndirməyi bacardıq. Propolis qatranının, saqqızın ana materialı olan saqqız mayasının quruluşuna bənzərliyi də məhsula asanlıq gətirmiş və eyni zamanda saqqız mayasının funksiyasına da qatqı təmin etmişdir. Saqqızın bir başqa xüsusiyyəti isə propolisin təbii ətri sayəsində hər hansı bir süni ətir maddəsi də ehtiva etməməsidir”. (Deyerler.org)