Belə hallarda ilk olaraq qidalanmağınızı qaydaya salın

Bəziləri sevgilisi olmadığı üçün və ya ailəsi ilə dalaşdığı üçün özünü boşluqda hiss edir. Bu isə insanın sağlamlığına da təsir göstərir. İnanlar bu zaman  sağlamlığa zərərli qidaları qəbul etməyə başlayırlar. Xüsusilə də karbonhidratı…

Bu vəziyyətdə öncə psixoloqdan dəstək almalısınız. Sonra isə yediklərinizi nəzərdən keçirməlisiniz. Əgər duyğusal cəhətdən acsınızsa,mədənizin dolması bunu əvəzləməyəcək.

Düzgün qidalanmamaq da insanı depsessiyaya salan faktorlardandır.  Bu zaman isə əksər insan çəki artırır.

Mütəxəssislər isə can sıxıntısı zaman gəzintiyə çıxmağı daha çox tövsiyə edirlər.

Bəs depressiya zamanı pəhriz saxlanılır?

Bu zaman dieta saxlamaq çətin olsa da mümkünsüz deyil.

Yediklərinizə nəzarət edin:
– Çox sürətli arıqladınızsa;
– Çörəksiz pəhriz edirsinizsə;
– Az yeyərək arıqlamağa çalışırsınızsa;
– Çox yemək seçirsinizsə;
– Ət-balıq yemirsinizsə;
– Süd içmirsinizsə;
– Su içmirsinizsə.

Tiroid probleminiz varsa… Bu vəziyyətlərdə özünüzü bədbəxt, halsız, hirsli, küskün və yorğun hiss edə bilərsiniz.

Bu səbəbdən ilk olaraq qidalanmağınızı qaydaya salın.