Toyda zəhərlənənlərin sayı 220-yə çatdı

Qırğızıstan paytaxtındakı restoranlardan birində toy mərasimi zamanı zəhərlənənlərin sayı 220-yə çatıb.

Bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Bundan əvvəl Bişkekdə tibbi yardıma toy mərasimində iştirak edən 150-dən çox şəxs müraciət etmişdi.

Hazırda 131 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Onların arasında 25 uşaq da var. Bir çoxlarının vəziyyəti qənaətbəxşdir, yalnız bir qadın reanimasiyadadır.

Zəhərlənmənin səbəbi araşdırılır, nəticələr çərşənbə günündən tez açıqlanmayacaq. (Trend)