Tahir Əmiraslanov prezidentə təşəkkür etdi

Prezident İlham Əliyev  aprelin 2-də Azərbaycan Milli Kulinariya Assosiasiyasının (AMKA) prezidenti Tahir Əmiraslanovun  “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Foodinfo.az xəbər verir ki,  Tahir Əmiraslanov bu münasibətlə ölkə başçısı İlham Əliyevə, həmçinin Azərbaycan xalqına öz təşəkkürünü bildirib:

“Dünəndən məni təbrik edirsiniz. Hamınıza təşəkkür edirəm. Mən də sevinirəm. Əziz Prezidentimiz İlham Əliyev cənablarının mənə bu qədər yüksək dəyər veməsi, Şöhrət ordeni ilə mənı təltif etməsi əlbətdə ki,qürür hissı yaradır. Amma bu mükafat, cənab Prezidentımızın bu etımadı daha çox məsuliyyət yaradır. İndi mən daha çox iş görməli, bu etımadı doğrultmalıyam. Özü də bu işləri mən axı tək görməmışəm. 1. Bu gözəl mətbəximizi millətimız, xalqımız yaradıb. 2. 1994 -cü ildən milli liderimiz Heydər Əliyevin xüsusi diqqəti və tapşıriqları 3. Əziz Prezidentimiz cənab İlham Əliyevin daimi dəstəyı,tapşırıqları,ölkəmızdə yaratdığı işgüzar mühit. 4. Heydər Əliyev Fondunun , Birinci Vitse Prezidentimiz əzız Mehriban xanım Əliyevanın daimi dəstəyi, yüksək səviyyədə xarici ölkələrdə Azərbaycan mətbəxini daimi nümayiş etdirməsi, Azərbaycan mılli mətbəx kitablarımızı nəşr etdirməsi, UNESKO da Milli Mətbəximizə arxa durması və s. işlər görməsi 5. Azərbaycan Respublikasının Mədənıyyət və Turizm Nazirliyinin başda hörmətli cənab Əbulfəs Qarayev olmaqla bütün işcıləri, əməkdaşları daımı ,hər gün bizə dəstək verıblər. 6. Azərbaycan Respublikasının  Dövlət Təhlükəsizlik Xidməti 5 dildə Milli mətbəx kitablarımızı nəşr etdirib, yayımlayır. 7. Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalat Nazırliyı Azərbaycan xörəklərinə aid 26 lövlət poçt markalarını dövriyyəyə buraxıb. 8. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi mılli xörəklərimizi patentləşdirir 9. Milli kulinariya Mərkəzinin işçılərinin gərgin zəhmətləri. 10. Milli Kulinariya Asosiyasiyasının hər bir üzvünun daimi dəstəyi və zəhməti . Belə ki, bu siyahını uzada da bilərik. Bu boyda arxa olan yerdə nəticə də yaxşı olar. İndi insafnan desək bu orden daha çox bu arxamda duranlarındır. Prezidentimiz iltifat və etımad göstərib mənə verdi. Cənab Prezidentim lütfən minnətdarlığımı qəbul etmənızi xahiş edirəm. Biz həmişə Sizinləyik”.