“Garant Holding”in broyler müəssisəsi bu holdinqə verildi

Ucar rayonunda yerləşən broyler şirkəti “Lu-Mun Holding” MMC-yə keçib. Əvvəllər “Garant Aqro” şirkətlər qrupunun adını daşıyan şirkətin adı da dəyişdirilib.

“Lu-Mun Holding” şirkəti haqqında yalnız o məlumdur ki, ofisi “Port Baku Towers” biznes mərkəzində yerləşir. Şirkətin reyestr məlumatları bilinmir.

Azərbaycanın Ucar rayonunda yerləşən “Garant Holding” şirkətlər qrupuna daxil “Ucar Aqro” MMC-nin “Quş əti emalı müəssisəsi”nin illik istehsal gücü 17,000,000 tondur (canlı çəki).

Kəsim gücü: 6,000 toyuq/saat.

Əsas İstehsal: təzə və dondurulmuş (bütöv və doğranmış) toyuq əti.

İşçilərin sayı:

Birbaşa istehsalda işləyən işçilərin sayı: 590
Əlaqəli sahələrdə çalışan işçilərin sayı: 150

Əlavə edək ki,  “Garant Holding” şirkətlər qrupuna daxil olan “RIXOS Quba” mehmanxanasının da adı dəyişdirilib. 2018-ci il aprelin 1-indən otel “Quba Palace” adı ilə öz qonaqlarını qəbul edəcək. (Marja.az)