Bakıda restoran bir ay ehsan verəcək

“Nişantaşı” restoranı yeni “Şəhidlər ölməz, Vətən bölünməz” adlı aksiya elan edib. Foodinfo.az xəbər verir ki, bu gün (2 aprel) saat 14:00-16:00 arasında Aprel döyüşlərində şəhid olmuş qəhrəmanlara görə ehsan süfrəsi təşkil olunacaq. Həmçinin aprel ayının 30-a qədər əsgərlərə bütün dönər çeşidləri pulsuz olaraq təqdim ediləcək.