İş stresini azaldan qidalar

Güdəlik iş zamanı gərginliklər arta bilər. Mütəxəssislər isə bəzi qidaların iş stresini azaltdığını bildiriblər.

Foodinfo.az hekimtap.az saytına istinadla xəbər verir ki, yeyilən bəzi qidaların vücudda bəzi hormonlar istehsal etdiyi və əhvalının yüksəlməsini təmin etdiyi elmi cəhətdən təsdiq olunub. İş həyatında yaşanılan stress isə insanın yaşayış tərzinə mənfi təsir göstərir.

Türkiyəli dietoloq Gülşən Kadri bəzi qidalarla iş stresini azaltmağın mümkün olduğunu vurğulayıb.

Onun sözlərinə görə, balıq, avakado, yulaf, C və E vitamin tərkibli qidalar iş stresini azaldır. B vitamini iş stresini azaldaraq yorğunluğun azalmasına kömək edir. Yulaf belə qidalar sırasındadır.

Portağal, greyfurt kimi C vitamini tərkibli meyvələr stress səviyyəsinin aşağı enməsinə kömək edir.

Badam və qaysı sinir sistemini rahatlayır. Badam insan beyninin inkişafı üçün əsasdır. Tərkibindəki B2 və E vitamini stresin azalmasında böyük rol oynayır.

Qaysının tərkibində də olan B vitamini və maqneziumu sayəsində stresin qarşısı alınır və əsəb sistemi rahatlanır.

Balıq da stresi azaldan qidalar sırasındadır. İnsana enerji verməsi isə elmi cəhətdən təsdiqlənib.

Özünüzü hədsiz gərgin hiss etdiyiniz zaman çobanyastığı çayını dəmləyin. Çünki onun antidepressant təsiri mövcuddur.

İş stresini azaldan qidalardan biri də şokoladdır.

Kakao tərkibi çox olan tünd şokoladları seçin. (Hekimtap.az)