“Bazarstore”: Bu hal bir daha təkrarlanmayacaq

“Bazarstore” supermarketlər şəbəkəsi çörəyin içindən əlcək çıxması faktına rəsmi münasibət bildirib.

“Bazarstore” supermarketlər şəbəkəsinin mətbuat xidmətinn rəhbəri Günay Məhəmmədova Foodinfo.az-a açıqlmasında belə hadisənin baş verməsindən təəssüfləndiyini bildirib: “Bazarstore” olaraq biz çox təəssüf hissi keçiririk ki, müştərimizin başına belə bir hadisə gəlib. Bu məhsul bizdə firma məhsuludur. Bununla bağlı biz həmin firmaya çox ciddi xəbərdarlıq etmişik. Həmin şirkət isə hadisə ilə bağlı araşdırma aparır, onlar müvafiq tədbirlər görəcəklər. Bu hal bir daha təkrar olmayacaq”.

Qeyd edək ki,  jurnalist Rüfət Nadirli “Bazarstore”-dan aldığı çörəyin içində əlcəyin baş barmağının çıxması ilə bağlı şikayət etmişdi.