200 kiloqram arıqladı, görənlər təəcüblənir (FOTO)

ABŞ-ın Oreqon əyalətində yaşayan Amber Rachdi adlı gənc qız piylənmə xəstəliyinə yaxalanıb və 292 kiloqram çəkiyə çatıb.

24 yaşındakı gənc qız artıq çəkiləri üzündən məktəbini və işini buraxmalı olub.

Həkimlər Amberin bu çəki ilə 30 yaşına qədər yaşamayacağını dedikdən sonra o əməliyyat olmağa qərar verib.

Əməliyyat üçün də müəyyən qədər çəki atması lazım olan Amber çox çalışaraq artıq çəkilərindən qurtulmağa başlayıb.

Təxminən 200 kiloqram çəki atan Amberin son görünüşü hər kəsi təəcübləndirib. (Metbuat.az)