Qida təhlükəsizliyi ilə bağlı jurnalistlər arasında işçi qrup yaradıla bilər

“Qida Təhlükəsizliyi Agentliyi KİV-lərlə yaxından əməkdaşlıq etməkdə maraqlıdır. Çünki KİV-lərin bu sahədə rolu böyük və əvəzsizdir”.

Foodinfo.az-ın xəbərinə görə, bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bildirib.

Agentlik sədri bu sahənin daha da inkişaf etidirlməsi üçün jurnalistlər arasında işçi qrupun yaradılmasını təklif edib: “Hesab edirəm ki, Qida Təhlükəsizliyi Agentliyinin ekspertilərindən və peşəkar jurnalistlərdən ibarət işçı qrup yaradılsa biz əhaliyə düzgün məlumatların çatdırılmasında, həmçinin maariflənmə işlərinin aparılmasında böyük işlər görmüş olacağıq.”