“McDonald’s Azerbaijan” uşaqlar arasında müsabiqə elan etdi

“McDonald’s Azerbaijan” uşaqlar arasında müsabiqə elan edib.

Foodinfo.az xəbər verir ki, müsabiqədə qalib gələn balacalar Moskva şəhərində keçiriləcək FIFA 2018 Dünya Kubokunun açılış oyununun meydançasına futbol ulduzu ilə əl-ələ çıxacaq.

Müsabiqə şərtlərinə əsasən, övladlarının oyun meydançasına futbol ulduzu ilə əl-ələ çıxmağını istəyən valideynlər playmc.azurewebsites.net linkinə daxil olmaqla qeydiyyatdan keçməlidir. Bundan sonra azyaşlılar arasında xüsusi idman müsabiqəsi keçiriləcək. Qalib uşaq və onun valideyni möhtəşəm idman tədbirinin iştirakçısı olacaq.

Görüntünün olası içeriği: stadyum ve kalabalık