Bəzi çörəklərdə duzun miqdarı dəniz suyunun duzuna bərabərdir

Bəzi çörəklərin tərkibindəki duz dəniz suyuna bərabərdir.

Bu barədə Ümumdünya Duz və Sağlamlıq Hərəkatının (WASH) araşdırmasında bildirilir.

32 ölkəni əhatə edən araşdırmada fərqli çörək növlərinin tərkibindəki duzlar yoxlanılıb.

Ölkələr arasında birinci yeri Makedoniya tutub. Belə ki, həmin ölkədə 100 qrama bərabər olan ağ çörəklər üçün 1,42 qram duz müəyyən olunub. Çin isə ən çox duzsuz çörək istehsal edən ölkə sırasında qərarlaşıb. Həmin ölkə 100 qrama bərabər olan çörəyə 0,65 qram duz qatır.

Ümumdünya Səhiyyə Təşkilatı isə yetkin insanların gün ərzində 5 qr, 7 yaşdan aşağı insanların isə 2 qr duz qəbul etmələrini məsləhət görür. (Report)