Azərbaycan Səudiyyəyə nar şirəsi ixrac etməyə başladı

“Azərbaycan ötən il Almaniyaya 80 min dollarlıq, İsveç, Danimarka və İsrailə isə 40 min dollarlıq nar şirəsi ixrac edib. Artıq bu məhsulun Səudiyyə Ərəbistanına da ixracı başlanılıb”.

Bunu Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZRPOMO) rəhbəri Rüfət Məmmədov deyib.

“Həmçinin ötən il Qətərə 1 mln. dollarlıq konservləşdirilmiş məhsul ixrac edilib. Hazırda bu ölkəyə mebel ixracı üzrə danışıqlar gedir. Qırğız Respublikasına üzüm və narşərabın ixrac dəyəri isə 30 min dollar təşkil edib. Rusiyaya konservləşdirilmiş məhsulların ixracı ilə bağlı 1,1 mln. dollarlıq iki müqavilə imzalanıb. 2017-ci ildə bu ölkəyə 900 min dollarlıq fındıq da ixrac edilib. Birləşmiş Ərəb Əmirliklərinə 10 mln. dollarlıq fındıq ixracı ilə bağlı müqavilə imzalanıb. İxrac avqustdan başlayacaq. Həmçinin Polşa, İtaliya, İsveç və digər ölkələrə fındığın ixracı ilə bağlı müqavilələr imzalanıb. İlk dəfə olaraq quru xurmanın ixracı ilə də məşğul oluruq. Niderlanda 40 min dollarlıq xurma ixrac edilib”, – deyə o qeyd edib. (REPORT)