Bu qida ağrıkəsən dərman kimi işlədilir

İstifadə etdiyimizn mixəyin insan üçün faydaları çoxdur. Foodinfo.az mixək haqda bəzi maraqlı məlumatları diqqətinizə çatdırır.

Mixəyin Əsil vətəni Cənubi Asiyadır. Mixək çox qiyməli efir yağlı bitkidir.Onun çiçəklərindən həm yeyinti sənayesində ətirli ədviyyə,həm də müalicə əhəmiyyətli dərman kimi çox qədimdən istifadə olunur. Xüsusən Misirdə,Çində,Romada mixək daha qədimdən becərilir.

Çin etiketində belə bir adət varmış ki,imperatorun qəbulundə olanlar və onun qarşısında nitq söyləyənlər qabaqcadan mixək çeynəyərlərmiş ki, nəfəslərindən ətirli iy gəlsin.

Ədəbiyyatdan məlumdur ki, 6-cı əsrdə Trallianus və digər roma hakimləri mixəkdən müalicə məqsədilə istifadə etmişlər.

1521-ci ildə mixək bitkisini ilk dəfə təsvir edib,onun haqqında ətraflı məlumat verən alim Piqafetta olmuşdur.

Mixəyin tərkibində 17-20% efir yağı və 20%-ə qədər aşı maddələr vardır.Mixək bitkisinin tərkibində olan ən qiymətli maddə onun çiçəklərindəki efir yağıdır. Efir yağına xoş ətirli iy verən evgenol və asetil evgenoldur.
Mixək ətriyyat sənayesində baha qiymətli ətir və odekolonların tərkibində geniş istifadə olunur. Təbabətdə isə mixəyin efir yağından və əsas tərkib hissəsi olan evgenoldan xəstə dişin müalicəsində, onun iltihabını aradan qaldıran, dezinfeksiya edən və ağrıkəsən dərman kimi işlədilir.