Bazarlarda təhlükəli məhsullar dolaşır

“Azad İstehlakçılar Birliyi davamlı olaraq qida məhsullarının monitorinqini aparır”.  Bunu Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov deyib.

O bildirib ki, birliyin fəaliyyətdə olduğu 20 il ərzində minlərlə müraciət daxil olub: “Son vaxtlar edilən şikayətlərin biri bazarda olan qəndlərlə bağlı idi. Qəndlərin xüsusi ağardıcı ilə ağardılması ilə bağlı məlumatlar daxil olurdu. Laboratoriya şəraitində aparılan tədqiqatlar nəticəsində istifadə də olan qəndlərin zərərli maddələrlı ağardılması iddiası öz təsdiqini tapıb”.

“Ümumiyyətlə qida sektorunda təhlükəsizliklə bağlı məsələlər insanların narahatlığına səbəb olur. Xüsusən də bayram vaxtları əhalinin artan tələbatı qarşısında yarmarka və bazarlara arzuolunmaz məhsullar yol tapır” — o bildirib.

“Digər düşündürücü məqam isə ölkədə apteklərin sayının sürətlə artmasıdır. Mənim qənaətimcə, apteklərə bu qədər tələbin artmasının bir səbəbi də bizim qidalanmamıza daxil olan məhsullarla bağlıdır” — E.Vüseynov əlavə edib. (Sputnik Azərbaycan)