“Azərsun” 4 işçi axtarır (VAKANSİYA)

“Azərsun Holdinq” MMC yeni vakansiya elan edib.

Foodinfo.az xəbər verir ki, müfəttiş köməkçisi üzrə vakant yerlərin sayı 4-dür.

İş yeri: Bakı ş. və bölgələr

Qəbul ediləcək işçi sayı: 4

Son müraciət tarixi: 21.03.2018 

Ümumi məlumatlar:

• Maliyyə, İqtisadiyyat və ya Audit ixtisası üzrə ali təhsilli olmalı;
• 22-30 yaş arası olmalı;
• Ən azı 2 il iş təcrübəsi olmalı;
• Ingilis dilini bilməsi arzu olunandır;
• MS Office və mühasibat uçotu proqramlarını yüksək səviyyədə bilməli;
• Əsasnamələri, daxili qayda qanunları bilməli.

İş haqqında məlumat:

• Müəssisəyə aid olan iş yerlərinin periodik olaraq maliyyə və inzibati təftişlərini edən müfəttişlərə köməklik göstərmək;
• Qanunverciliyin əsaslarını bilməli, normativ aktları və sərəncamları izləməli;
• İş ilə bağlı ezamiyyətdə olmalı, lazım gəldikdə iş saatından artıq çalışa bilməli;
• Mühasibat hesabatlarının tərtib və təqdim etməlidir.

İş şərtləri: Həftə içi hər gün

Müraciət et.

Qeyd edək ki, 1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan “Azersun Holding” MMC qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən, ölkənin qabaqcıl şirkətidir.