Ayran haqqında bunları bilirdinizmi?

Ayranın yaranma tarixi çox maraqlıdır. Belə ki, göytürklər zamanında turşumuş qatığın (yoqurtun) turşuluğunu azaltmaq məqsədilə ona su qatmışlar. Və belecə, yeni içki növü, yəni ayran meydana çıxmışdır.

Nehrədə yağı alınmış qatığın qalığı yüksək kalorili qida məhsuludur. O, qatığa su və duz əlavə etməklə də əldə edilir.

Hələ qədimdən yerli üsulla qatıqdan kərə yağı aldıqda, qatığın və xamanın nehrədə çalxalanmasından əldə edilən südəbənzər turşməzə maye ayran adı ilə sərinləşdirici içki kimi istifadə edilmişdir. Tərkibində az miqdarda yağ, zülal və 0,7- 0,8%-dək süd turşusu olur. Həzm orqanlarının fəaliyyətini yaxşılaşdırır, dovğa bişirmək, doğramac hazırlamaq, şor almaq və s. məqsədlər üçün istifadə edilir. Hazırda ayranı sənayedə xüsusi texnologiya ilə istehsal edirlər. Ayran ilin isti vaxtlarında susuzluğu daha tez yatırdır. Ev şəratində ayranı qatıqdan və ya süzmədən hazırlamaq mümkündür.

Tərkibi:

 1 litr qatıq və ya süzmə;
1 stəkan su;
duz (zövqə görə).

Qeyd etmək lazımdır ki, susuzluğu yatırtmaqda bir nömrəli olan ayranın bu baxımdan şəkər xəstələrinə də məsləhət görülür. Amma ayranın yağı çox olduğundan və kalorili olduğundan kökəlməyə səbəb olur. Bundan başqa, pəhriz saxlayanlara da çox məsləhət görülmür. (deyerler.org)