117 metr uzunluğunda kolbasa hazırlandı

Bişkekdə qırğız aşpazlarının hazırladıqları 1464 kiloqramlıq beşbarmaq və 117 metr uzunluğunda çuçuk (at ətindən hazlırlanan kolbasa) Ginnesin Rekordlar Kitabına (GRK) düşməyə iddialıdır. Bunun üçün 9 at kəsilib, 150 litr tutumu olan 12 böyük qazan asılıb. Beşbarmaq və kolbasanın hazırlanmasına 700 kiloqram ət işlənib.

Rekordlar Kitabının nümayəndələri beşbarmaq və kolbasanın hazırlanmasını qeydə alıb, proses foto və video vasitəsilə çəkilib.

GRK-nın nümayəndələri bildiriblər ki, iki həftə ərzində bu haqda qırğız tərəfinə məlumat veriləcək.

Hazırlanan beşbarmaq və kolbasa isə Qırğızıstandakı uşaq və qocalar evlərinə göndərilib. (AZƏRTAC)