Lənkəranda bayram yarmarkası təşkil olunub

Lənkəran şəhərində bayram yarmarkası təşkil olunub.

Lənkəranda Novruz bayramı ilə əlaqədar kənd təsərrüfatı, meyvə tərəvəz, ət, süd və digər ərzaq məhsullarının satışı yarmarkası keçirilir.

Yarmarkada rayon sahibkarları, fermerlər və fərdi təsərrüfatçılar məhsullarını bazar qiymətlərindən 25-30 faiz ucuz qiymətə istehlakçılara təklif edirlər. Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov yarmarkda olub, məhsulların çeşidi və qiymətləri barədə məlumatlandırılıb. Yarmarkada 1500-2000-dək rayon sakini iştirak edib.

Yarmarka bayram günlərinədək davam etdiriləcək. (REPORT)