Məhsuldarlığın artırılması üçün yeni sistem tətbiq olunur

Hazırda ölkədə pivot suvarma sistemləri Ağsu, Kürdəmir, Xaçmaz və Biləsuvur rayonlarında tətbiq edilir.

Bu barədə Kənd Təsərrüfatı Nazirliyi bitkiçilk şöbəsinin müdiri İmran Cümşüdov bildirib.

Onun sözlərinə görə, bu sistem iqtisadi baxımdan olduqca səmərəlidir: “Pivot suvarma sistemi ilə suya qənaət etmək mümkündür. Gələcəkdə bu sistemlərin ölkədə istehsalını nəzərdə tuturuq. Bu istiqamətdə işlər həyata keçirilir”.

İ.Cümşüdov həmçinin əlavə edib ki, hazırda bitkiçiliklə bağlı yeni texnologiyaların gətirilməsi davam edir: “Ötən il 10 minə yaxın texnologiya gətirilib. Çayçılıq, tərəvəzçilik, pambıqçılıq, şəkər çuğunduru istehsalı kimi sahələrdə tətbiq edilib. Əkin sahəsinin genişləndirilməsi, məhsuldarlığın artırılması üçün ölkəyə yeni texnologiyaların gətirilməsinə bundan sonra da ehtiyac var”.  (REPORT)