Coca-Cola tarixi ənənəsini pozur

130 illik ənənəni pozmağa hazırlaşan içkilər nəhəngi Coca-Cola ilk spirtli içkisini istehsal etmək planını həyata keçirir.

Şirkət bunun üçün Yaponiyanın spirt nisbəti aşağı şəkərli içkisi olan “Chu-Hi”ya bənzər bir içki üçün işlərə başlayıb.

Yeni istehsal ediləcək bu spirtli içki Yaponiya bazarında satışa təqdim olunacaqdır.

Məsələ ilə bağlı açıqlama verən  Coca-Cola-nın Yaponiyadakı şikətinin rəhbəri Jorge Garduo, “Tənəkə qutu içərisində satılacaq bu içkinin tərkibində distillə edilmiş spirt, soda və dadlandırıcı olacaqdır” ,- deyib.

Coca-Cola spirtsiz içkilər istehsalçısı kimi tanınırdı. (Marja.az)