Azərbaycan Rusiyaya alma ixracını artırıb

Azərbaycan 2017-ci ildə Rusiyaya alma ixracını 8% – 66,846 min tonadək artırıb. Bu barədə fruitinfo.ru saytında məlumat verilir.

“2017-ci ildə Rusiyaya təzə meyvə və tərəvəz idxalı 2016-cı illə müqayisədə 17% artaraq 7,1 mln. ton təşkil edib. Tədarükün həcminin artması Türkiyə məhsullarının idxalına qoyulan məhdudiyyətin aradan qaldırılması, Çin, Misir, Azərbaycan və Moldova kimi ixracatçı ölkələrlə əlaqələrin qurulması ilə bağlıdır”, – deyə məlumatda qeyd olunur.

Ötən il Azərbaycandan RF-yə əsasən pomidor (157 min ton), xurma (102 min ton) və alma tədarük olunub.

2014-cü ildən etibarən Azərbaycandan Rusiyaya alma ixracında artım müşahidə olunur. 2014-cü ildə ixracın həcmi 43,4 min ton, 2017-ci ildə isə 66,846 min ton təşkil edib.

Bütövlükdə 2017-ci ildə Rusiyaya alma tədarükünün 9,5%-i Azərbaycanın payına düşüb. (İnterfax)

Tarix: / Foodinfo