Mağazalardan pul tələb edənlər ifşa edildilər (VİDEO)

Ağsu rayonunda dələduzluqda şübhəli bilinən şəxslər saxlanilib.

Özlərini şirkət əməkdaşı kimi təqdim edərək mağazalardan pul tələb edənlər ifşa edilibər.

Bir qrup sahibkar tərəfinən Ağsu rayon Polis Şöbəsinə edilən şikayətlər nəticəsində araşdırma aparılıb. Məlum olub ki,Vurğun Hidayətov, Mehdi Umudov və Ramazan Kərimov adlı şəxslər özlərini “Fakt Araşdırıcı N” MMC adlı şirkətin əməkdaşları kimi təqdim edərək magaza sahiblərindən pul tələb ediblər.

Onlar Cəlal Şahbazova məxsus ərzaq mağazasında işçilərin müqavilələrinin olmaması, müddəti keçmiş mallar barədə dövlət orqanlarına məlumat verəcəklərini bildirib, hədə-qorxu gələrək pul almaq istəyiblər.

Tutulan şəxlərin vəsiqələri araşdırılarkən özünü direktor kimi təqdim edən Ramazan Kərimovun bir qəzetin bölgə müxbiri olduğu üzə çıxıb. Onların digər əməlləri də araşdırılır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik. (Xezerxeber.az)

Tarix: / Foodinfo