Sarımsağın qadınlara faydası

Sarımsağın damar genişlənməsi, xolesterol, təzyiqin artması və qan damar xəstəliklərinə faydalı olduğu məlumdur. Ancaq qadın sağlamlığı üçündə olduqca önəmli olduğu Yaponiyada aparılan araşdırma nəticəsində müəyyənləşib.

Yaponiyada 41 qadın üzərində 5 il davam edən bir araşdırma aparılıb. Nəticədə həftədə 1 dəfə sarımsaq yeyən qadınla ayda 1 dəfə sarımsaq yeyən qadının kolon xərçənginə yoluxma riski arasındakı fərqin 35 % təşkil etdiyi bilinib.

Heyvanlar üzərində aparılan araşdırma zamanı sarımsağın döş, kolon, qida borusu, prostat, dəri və mədə xərçənginin qarşısını alıb inkişafını əngəllədiyi məlum olub.

Sarımsağın xərçəngin müalicəsində faydası ilk dəfə olaraq 1957-ci ildə ortaya çıxıb. Sarımsağın xərçəngdən qoruma, arteroskleroz, ürək damar xəstəlikləri, qan dövranı pozğunluqları, yüksək xolesterol, hipertoniya, infeksiyalar, dəri infeksiyalarında faydalı olduğu bilinsə də, bəzi yan təsirləri də var. Bunlara baş ağrısı, halsızlıq, tərləmə, hipoqlikemiya, davamlı olaraq çox istifadə etmək dermatit kimi əlamətləri misal göstərmək olar. (Lent.az)