Marketlərin birləşdirilməsi xəbəri ilə bağlı daha bir açıqlama

“Bazarstore” MMC “Bizim Market” mağazalar şəbəkəsini alması haqqında yayılan məlumatlar barədə rəsmi açıqlama yayıb.

Şirkətdən verilən məlumata görə, bu barədə yazılanlar uydurmadan başqa bir şey deyil:

“Şirkətimiz qeyd edilən məsələ ilə əlaqədar heç bir danışıqlarda iştirak etməyib, hər hansı görüş keçirməyib və belə bir niyyəti də olmayıb. “Bazarstore” olaraq yazılanlara görə təəssüf edirik və “Bizim Market” şəbəkəsinə işlərində uğurlar arzulayırıq”.

“Bizim Market” MMC-dən də bildirilib ki, ”Bizim Market” heç bir digər market şəbəkəsinə birləşməyib:

“Son zamanlar bəzi xəbər portallarında digər supermarket şəbəkəsi ilə birləşmə haqqında yayılan məlumatlar yalan və əsassızdır. “Bizim Market” bazarda qalmaqda qətidir! Uğurlarımızın davamını gözləyin”.

İlin sonunadək “Bizim Market” supermarketlər şəbəkəsinin hədəfi filial sayını 25-ə çatdırmaqdır. (Marja.az)