Qida şirkəti vakansiya elan edib

Ulduz Şokolad Fabriki yeni vakansiya elan edib. Foodinfo.az xəbər verir ki, şirkət qida mühəndisi vəzifəsinə namizəd axtarır. Vakasiya ilə bağlı aşağıda tanış ola bilərsiniz.

Vəzufə: Qida Mühəndisi

Əsas tələblər:

Qida mühəndisliyi sahəsində ali təhsil;
Qida mühəndisliyi sahəsində güclü nəzəri biliklər;
Müvafiq sahədə iş təcrübəsinin olması arzuolunandır;
Rus və İngilis dili biliklərinin olması arzuolunandır.

Vəzifə öhdəlikləri:

Qida analizlərinin mütəmadi aparılmasının təşkil edilməsi;
Reseptlərin təşkili və təmin edilməsi;
İstehsal zamanı ortaya çıxan problemlərin həlli və fəaliyyətlərin fasiləsiz davamının təmin edilməsi;
Gigiyena qaydalarına əməl olunması.

Maraqlanan namizədlərdən mövzu yerində vakansiya adını qeyd etməklə aşağıdakı ünvana cv göndərmələri xahiş edilir: xanzade.musayeva@veyseloglu.az