Ən faydalı 29 qida

Sağlam yaşam üçün orqanizmin ehtiyac duyduğu bəzi qidalar var ki, onları mümkün qədər qida rasionumuzdan əskik etməməliyik.

Ən faydalı 29 qidanı təqdim edirik.

1. Moruq – Ürəyin dostu, köklüyün düşmənidir.

2. Avakado – Ürəyin dostudur.

3. Badam: Xolestrolun düşmənidir, üzə faydalıdır.

4. Balqabaq: Hüceyrələri inkişaf etdirir.

5. Brokoli: Orqanizmi toksinlərdən təmizləyir, xərçənglə mübarizədə faydalıdır.

6. Buğda: E və B vitamini ilə zəngindir.

7. Qoz: Ürəyə faydalıdır.

8. Pomidor: Cildə faydalıdır. Orqanizmi xərçəngdən qoruyan fermentləri gücləndirir.

9. Qreypfurt: Xərçəngə qarşı qoruyucudur. Həzmi balanslaşdırır, cildi gözəlləşdirir.

10. Kokos: Dieta saxlayanların yardımçısıdır. Üstəlik, qəlbi qoruyur.

11. İspanaq: A vitamini, dəmir, sinklə zəngindir.

12. Kefir: İmmunitet sisteminin ən önəmli dostudur.

13. Kivi: Tərkibindəki antioksidantlar sayəsində yaşlanmanı gecikdirir.

14. Kələm: Xərçəng riskini azaldır, orqanizmdəki toksinləri təmizləyir. Sümük əriməsinə qarşı çox güclüdür.

15. Mandalin: Diabet və ürək xəstəliklərinə qarşı qoruyucu qalxan rolunu oynayır.

16. Göbələk: Çox güclü bir antioksidantdır.

17. Mərcimək: Ürək xəstəliklərinə qarşı qoruyur. Üstəlik, proteinlə də zəngindir.

18. Banan: Ürəyə faydalıdır, köklüyə qarşı da qoruyucudur.

19. Nar: C vitamini ilə ən zəngin meyvələrdən biridir.

20. Badımcan: Ürəyi gücləndirir.

21. Portağal: İmmun sistemini gücləndirir.

22. Sarımsaq: İmmuniteti gücləndirir, təzyiqi nizamlayır, ürəyi qoruyur.

23. Soğan: C vitamini ilə zəngindir. B6 və kalium qaynağıdır.

24. Şəkər çuğunduru: Təzyiqi və xolestrolu nizamlayır.

25. Darçın: Beyin hüceyrələrinə çox faydalıdır.

26. Toyuq əti: Protein və B vitamini deposu hesab edilir.

27. Yoqurt: İmmuniteti gücləndirir, yararlı bakteriyaların artmasına səbəb olur.

28. Yumurta: Sinir sisteminə faydalıdır. Hüceyrə quruluşunu düzənləyir.

29. Zeytun yağı: Ürəyin dostudur, infeksiyanın düşmənidir.
(Yeniavaz.az)