“Azərsun Holdinq” yeni vakansiya elan edib

“Azərsun Holdinq” MMC yeni vakansiya elan edib.

Foodinfo.az xəbər verir ki, şirkət çörək ustası vəzifəsində işləmək üçün işçi axtarır.

Ümumi məlumatlar:

-Ən azı orta təhsilli olmalı;
-Fiziki cəhətdən sağlam və işləmə qabiliyyətli olmalı;
-Uyğun sahədə ən azı 3 il iş təcrübəsi olmalı.

İş haqqında məlumat:

-Mayalı xəmir hazırlamaq və çörək bişirmə sahəsində bacarıqlı olmaq;
-Un məmulatlarının bişirilmə qaydalarını bilmək;
-Yeni ləzzətli təamlar yarada bilmək;
-Çalışdığı iş yerində gigiyena və sanitariya qaydalarına riayət etmək.

İş qrafiki: Növbəlidir.

İş yeri: Dərnəgül qəsəbəsi

Qəbul ediləcək işçi sayı: 1.

Son müraciət tarixi: 27.02.2018.

Daha ətraflı: https://hr.azersun.com/pages/openPosition.aspx?Lang=2&ID=592

Qeyd edək ki, 1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan “Azersun Holding” MMC qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən, ölkənin qabaqcıl şirkətidir.