Mağazalarda plastik tərkibli düyü satılır ? – VIDEO

Azərbaycanda Çində istehsal olunan saxta, plastik tərkibli düyünün satılmasına dair video kadrlar yayılıb.

Facebook sosial şəbəkəsində yayılan video kadrlarda bir nəfər Masallı rayonunda yetişdirilmiş düyü ilə Çindən gətirildiyi və saxta olduğu iddia edilən düyünün fərqi göstərilir.

Kadrladan belə məlum olur ki, yerli düyünün üstünə kimyəvi məhlul tökdükdə heç bir dəyişiklik baş vermədiyi təqdirdə, Çinin plastik tərkibli saxta düyüsü tüstülənməyə başlayır və hətta töküldüyü qabı da əridir.

Kadrlar geniş müzakirəyə səbəb olub. Bəziləri göstərilənlərə inansa da, digərləri mənbənin göstərilmədiyindən, düyülərin hansı ölkənin və hansı tərkibli olması, eləcə də məhlulum kimyəvi tərkibinin dəqiq bildirilməməsinə görə onu inandırıcı hesab etmirlər. Hətta bunun yerli düyünün alışına marağı artırmaq üçün atılmış addım olduğunu düşünənlər də var.

Qeyd edək ki, zaman-zaman Azərbaycanda xaricdən gətirilən süni, plastikdən maddədən hazırlanmış qidaların satıldığına dair dəqiqləşdirilməmiş məlumatlar yayılır. (Milli.Az)

Bu videoda Masallıda yetişdirilən düyü ilə Çindən gətirilmiş saxta düyünün fərqi göstərilib. Dəhşətə gəldim. Bununla bağlı ciddi tədbir görülməlidir.

Posted by Senan Najafov on Tuesday, February 20, 2018