“Fresco” marketlər şəbəkəsi məhkəməyə verildi

Vətəndaş “Azəri Retail” MMC-ni məhkəməyə verib.

Foodinfo.az xəbər verir ki, Anar Nuriyev Nəsimi rayon Məhkəməsinə müraciət edərək onunla bağlı əmrin ləğv edilməsini tələb edib.

Məhkəmə iddianı təmin etməyib. Qərardan narazı qalan A.Nuriyev apellyasiya şikayəti verib. Şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.

Qeyd edək ki, “Azəri Retail” MMC daha çox “Fresco” supermarketlər şəbəkəsinin daxil olduğu şirkət kimi tanınır.

Foodinfo.az