Atlara və eşşəklərə pasport veriləcək

Türkiyənin Qida, Kənd Təsərrüfatı və Heyvandarlıq Nazirliyinin yeni qərarına əsasən, ev atlarına və eşşəklərə pasport veriləcək. 31 dekabr 2019-cu ildə qüvvəyə minəcək qanuna əsasən, pasportu, yəni kimliyi olmayan təkdırnaqlı heyvanların bazarda satışına icazə verilməyəcək.

Qərar rəsmi qəzetdə də yayımlanıb. Nazirlikdən bildirilib ki, eşşək və atın da daxil olduğu təkdırnaqlı heyvan cinslərinə pasport verilməsi zəruriyyəti yaranıb.

Buna səbəb bu cür heyvanlarda infeksiya yayma hallarının çox olmasıdır. Pasport infeksiyalı heyvanların daha rahat izlənilməsinə şərait yaradacaq. Bundan başqa həmin sənədlərdə heyvanın ümumi fotosu, ölçüsü və üzərində nişanı qeyd olunacaq. (Sputnik)

 

 

 

Tarix: / Foodinfo