Bu il Samuxda 1700 hektar sahədə çuğundur əkiləcək

Bu il Samux rayonunda 1700 hektar sahədə çuğundur əkiləcək.

Rayon icra hakimiyyətindən bildirilib ki, bu, bütün illərlə müqayisədə ən yüksək göstəricidir. Rayon üzrə 2016-cı ildə 651 hektar, 2017-ci ildə 1194 hektar çuğundur əkilib. Bu il isə ötən ilə nisbətən 506 hektar çox çuğundurun əkilməsi gözlənilir. Çuğundur sahələrindən 2016-cı ildə 43 min 59 ton, keçən il isə 53 min 362,2 ton məhsul tədarük olunub.

Çuğundur əkini sahəsində təcrübələrini ildən-ilə artıran və məhsula düzgün aqrotexniki qulluq qaydalarına yiyələnən fərdi sahibkarlar, ailə kəndli və ev təsərrüfatları bu il daha çox məhsul toplamağı proqnozlaşdırırlar. (AZƏRTAC)