Məhkəmə “Azərsun Holdinq”in şikayətini təmin etmədi

Bakı Apellyasiya Məhkəməsində “Sun Food” MMC-nin Nərimanov Rayon Məhkəməsinin qərarından verdiyi apellyasiya şikayəti üzrə qərar elan olunub

Foodinfo.az xəbər verir ki, Bakı Apellyasiya Məkəməsi MMC-nin şikayətini təmin etməyib və əvvəlki məhkəmə qərarını qüvvədə saxlayıb.

Qeyd edək ki, “Sun Food” MMC-dəki vəzifəsindən azad edilən Emil Cəbiyev Nərimanov Rayon Məhkəməsinə müraciət edərək şirkəti məhkəməyə vermişdi. Emil Cəbiyev işə bərpa olunmasını tələb edirdi. Məhkəmə keçmiş işçinin iddiasını təmin etmiş və onun işə bərpa olunması barədə qərar qəbul etmişdi. “Sun Food” MMC məhkəmə qərarından apellyasiya şikayəti vermişdi.

“Sun Food” MMC “Azərsun Holdinq” MMC-yə daxil olan şirkətlərdən bidirir. 1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan “Azərsun Holdinq” MMC qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən, ölkənin qabaqcıl şirkətlər qrupudur.

Foodinfo.az