Azərbaycan 54 mln. dollarlıq çay məhsulları idxal edib

“Azərbaycan 2017-ci ildə çay məhsulları idxalına 54 mln. dollar vəsait xərcləyib”.

Bunu kənd təsərrüfatı naziri Heydər Əsədov bildirib.

“Bu, çox böyük rəqəmdir. Çayçılıq Azərbaycanda ənənəvi istehsalı olan məhsuldur. Tarixə baxsaq, görərik ki, müəyyən səbəblərdən onun istehsalı artıb, azalıb”, – o deyib.

Nazir qeyd edib ki, Azərbaycan Prezidentinin çayçılığın inkişafı ilə bağlı verdiyi sərəncam daxili istehsal hesabına tələbatın ödənilməsinə imkan verəcək.

Qeyd edək ki, Prezident İlham Əliyev fevralın 12-də “Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018-2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” sərəncam imzalayıb. (Report)