Gəncədə bayram yarmarkası keçiriləcək

Novruz bayramı münasibətilə Gəncə şəhərində hər həftənin şənbə və bazar günləri bayram yarmarkası təşkil ediləcək.

Şəhər icra hakimiyyətindən bildirilib ki, “Grand Qafqaz” Ticarət Mərkəzində təşkil ediləcək yarmarkada bütün növ ərzaq və kənd təsərrüfatı məhsulları bazar qiymətlərindən ucuz satılacaq. (AZƏRTAC)