Sorğuda “Azərsun” “Veysəloğlu”na qalib gəldi – NƏTİCƏLƏR

Foodinfo.az qida xəbərləri portalı özünün facebook səhifəsində iki nəhəng qida şirkəti ilə bağlı keçirdiyi sorğunu yekunlaşdırıb.

Fevralın 8-də saat 23:00-da start verilən sorğu bir həftə davam edib və fevralın 15-də saat 23:00-da başa çatıb. Sonradan gələn səslər hesaba alınmayıb. Facebook istiifadəçilərinə ““Azərsun”, yoxsa “Veysəloğlu”?” sualı ünvanlanıb.

Sorğu davam edən ilk günlərdə “Azərsun Holdinq” daha çox səs alıb. Sorğunun keçirildiyi sonuncu gün isə “Veysəloğlu”na çox səs gəlib. Bununla belə, sorğuda “Azərsun Holdinq” 153 (108 like+45 şərh) səs toplayaraq 68 səs yığmış (30 ürək+38 şərh) “Veysəloğlu”nu 85 səslə qabaqlayıb.

(Yaranacaq mübahisələrin obyektiv həlli üçün səslərin hesablanması bandicam proqramı vasitəsi ilə çəkilib).

Qeyd edək ki, “Azərsun Holdinq” MMC 1991-ci, “Veysəloğlu” Şirkətlər Qrupu MMC isə 1994-cü ildən fəaliyyət göstərir.

Foodinfo.az

Tarix: / Foodinfo