Salfetlə sağlamlığa nəzarət etmək mümkün olacaq

Salfet və oxşar struktura malik tualet kağızı mikroməsaməli sellüloz lifləri və karbon nano borularından ibarət olan nanostrukturlaşdırılmış kompozit materiallardır. Bu, onlara elektrik cərəyanını yaxşı keçirməyə imkan verir və mexaniki təsirlərə qarşı çox həssas edir.

Alimlər müxtəlif xəstəliklərin diaqnostikası üçün sensor istehsal etməkdən ötrü nanokompozit materialın unikal xüsusiyyətlərindən istifadəyə dair qərar veriblər. Onlar salfeti su ilə hopduraraq onu ikitərəfli plastırın köməyi ilə insanın biləyinə yapışdırıblar və ona pyezorezistiv elementlər birləşdiriblər. Ürək döyüntüsünün təzyiqi altında paralel və perpendikulyar yerləşmiş sellüloz lifləri dartılıb ki, bunun sayəsində sensorun həssas elementləri nəbzi ölçə bilib.

Bir neçə  santimetr ölçüsündə olan cihazı istifadədən sonra tullamaq olar. İstehsalçıların sözlərinə görə, bu ixtiranın tətbiqi sahəsi son dərəcə genişdir. Məsələn, onun köməyi ilə azyaşlı uşaqların və ya qocaların sağlamlıq vəziyyətinə nəzarət etmək olar. (ICTnews)