Azərbaycanda qida məhsullarının istehsalı azalıb

2018-ci ilin yanvar ayında 3,9 mlrd. manatlıq və ya əvvəlki ilin müvafiq ayı ilə müqayisədə 1,5% çox sənaye məhsulu istehsal edilib.

Dövlət Statistika Komitəsindən  Foodinfo.az-a verilən xəbərə görə, emal sektorunda tütün məmulatlarının istehsalı 2,8 dəfə, toxuculuq sənayesi məhsullarının istehsalı 73,9%, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 3,2 dəfə, poliqrafiya məhsullarının istehsalı 3,3%, əczaçılıq məhsullarının istehsalı 3,1 dəfə, tikinti materiallarının istehsalı 22,2%, hazır metal məmulatlarının istehsalı 81,5%, mebel istehsalı 8,0% artıb, qida məhsullarının istehsalı 1,0%, içkilərin istehsalı 24,8%, geyim istehsalı 52,3%, ağacın emalı və ağacdan məmulatların istehsalı 20,9%, kağız və karton istehsalı 17,6%, kimya sənayesi məhsullarının istehsalı 1,3%, rezin və plastik kütlə məmulatlarının istehsalı 28,3%, metallurgiya sənayesi məhsullarının istehsalı 3,8%, kompüter və elektron məhsulların istehsalı 23,2%, elektrik avadanlıqlarının istehsalı 22,3%, maşın və avadanlıqların istehsalı 29,0%, sair nəqliyyat vasitələrinin istehsalı 67,1%, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri isə 6,0% azalıb.