Alimlər qripdən daha tez sağalmağın yolunu tapıblar

Yaponiyanın “Shionogi” əczaçılıq şirkəti qripdən cəmi bir sutkaya sağalmağa imkan verən baloksavir-marboksil preparatını hazırlayıblar.

Dərman artıq gələn ildən satışa çıxarılacaq.

Mütəxəssislər bunun çox effektiv olacağına söz verirlər. Belə ki, buna qədər onlar 1436 nəfərin iştirak etdiyi araşdırma aparıblar. Könüllülər üç qrupa bölünüblər: 1-ci qrup 40-80 milliqram baloksavir-marboksil, 2-ci qrup 75 milliqram oseltamivir qəbul edib. Qalanlar isə plasebo içiblər. Araşdırmalar bir sutkadan sonra 1-ci qrupda sağalan xəstələrin sayının daha çox olduğunu müəyyənləşdirib. (Report)