Uşaqları necə qidalandıraq?

Uşaqların qidalanması ilə bağlı bir çox suallar hələ də valideynləri düşündürür.

Pediatr Aytən İsmayılzadə valideynlərə məsləhətlər verib.

Onun sözlərinə görə, 6 ayı tamamlanmamış uşaqlara əlavə qida vermək düzgün deyil:

“Diş çıxdısa, əlavə qida vermək olar, deyə düşünülməməlidir. Bu fikrə qalsa, gərək ki, dişli doğulan körpələr anadangəlmə sıyıq yeyələr. Bundan başqa ağız suyu axması nə qədər çox ləngiyirsə, əlavə qidanın verilməsi də bir o qədər ləngiməlidir”.

A.İsmayılzadə suya şəkər qatılmasının tərəfdarı olmadığını deyir:

“Su içsin deyə ona azca da olsa, şəkər qatmayın. Bunun fəsadını indi də olmasa sonradan görəcəksiz. Bundan başqa uşağa atası yeyəcək qədər yemək verməyin. Sevimli makaron və xəmir yemklərinizdən ona da yedirtməyin. Bu xörəklərin heç bir faydası yoxdur. Kolbasa, sosiska verməyin. Uşağınıza verdiyiniz hər yeməkdə zülal,yağ, karbohidrat və vitamin-mineralların kifayət qədər olmasına çalışın. Unutmayın ki, hər qaşıqdakı qida ya sağlamlığa qovuşdurar, ya xəstəliyə doğru aparar”. (Cebhe.info)