Bakıdakı restoranda Türkiyənin Afrin şəhidləri üçün ehsan verilir (FOTO)

Bakıda restoranlardan birində qardaş Türkiyə şəhidləri üçün ehsan verilir.

Foodinfo.az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə foto paylaşılıb.

Fotodakı elanda qardaş Türkiyə dövlətinin Afrindəki şəhidləri üçün üç gün müddətində çay və su ehsan verildiyi bildirilib: “Şəhidlər ölməz, Vətən bölünməz!”

Qeyd edək ki, “Zeytun budağı” antiterror əməliyyatı başlayandan – yanvarın 20-dən fevralın 12-dək Türkiyə Silahlı Qüvvələrinin 31 hərbçisi şəhid olub, 143 hərbçisi yaralanıb. Həmin müddətdə 1369 terrorçu məhv edilib.

Foodinfo.az

Tarix: / Foodinfo