Qoşqar Təhməzli qanun layihələrinin müzakirəsinə qatıldı

Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirilib.

İclasda “Baytarlıq haqqında”, “Fitosanitar nəzarəti haqqında”, “Yeyinti məhsulları haqqında”, “Standartlaşdırma haqqında”, “Sanitariya-epidemioloji salamatlıq haqqında” və “Üzümçülük və şərabçılıq haqqında” qanunlarına dəyişiklik layihələrinə baxılıb.

Müzakirələrdə Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli də iştirak edib.

Yekunda qanun layihələri plenar iclasa tövsiyə olunub. (Report)